Hədislər 3-cu

Son güncelleme: 21.08.2011 23:19
  • Hədis - Hədislər - Hədislər 3-cu

    1- İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy."
    2- İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir."
    3- İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir
    4- İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər."
    5- İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar."
    6- İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir."
    7- İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə."
    8- İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən."
    9- İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir."
    10- İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur."
    11- İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır."
    12- İmam Hüseyn (ə) buyurur: "Bə'zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur."
    13- İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram."
    14- İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər."
    15- İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər."
    16- İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma."
    17- İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır."
    18- İmam Hüseyn (ə) buyurur: "Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür."
    19- İmam Hüseyn (ə) buyurur: Hər kəs Allaha layiqi olduğu kimi bədnəlik etsə, Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər.
    20- İmam Hüseyn (ə) buyurur: Allahın qorxusundan ağlamaq, Cəhənnəm əzabından qurtilmağa səbəb olur.
#21.08.2011 23:19 0 0 0