Hezret Xedicenin vefatı

Son güncelleme: 21.08.2011 23:45
  • Hezret Xedice - Hezret Xedicenin vefatı

    noimage

    Möminlər anası həzrəti Xədicə

    İslam dini tarixində şücaətli, səxavətli, öz dini üçün varlığından keçən qadınlardan danışanda üç qadın insanı heyrətə salır. Görəsən o şücaətli qadınlar kimlərdir və onlar kimdən dərs alıblar?

    Bu suala belə cavab vermək olar. "O qadınlar Allahın öz peyğəmbərini onlara ustad seçdiyi, islam dinində xidmət etmək üçün sevib seçdiyi bəndələri idi." O qadınların birincisi Allahın rəsulunun həyat yoldaşı həzrəti Xədicə idi. O, islam dininə ilk iman gətirmiş və bu din uğrunda uzun illər boyu əldə etdiyi sərvətini sərf etmişdir. O qadınların ikincisi həzrəti Xədicənin qızı xanım Zəhradır (s). Şücaətdə, ismətdə, möminəlikdə, xülasə dünya qadınlarına nümunə olmaqda, onun misli yoxdur. O qadınların üçüncüsü isə xanım Zəhranın (s.ə) qızı, İmam Hüseynin (ə) gözü yaşlı bacısı, səbri ilə səmada mələkləri heyrətə salan, Kərbəla qəhrəmanı və qəhrəmanlar anası xanım Zeynəbdir. Amma bizim söhbətimiz bu ilahi qadınların anası olan həzrəti Xədicə haqqında olacaq.

    Həzrəti Xədicə besətdən 55 il qabaq təkallahlı (monoteist) ailədə dünyaya göz açmışdır. Onun atası Xuvəylid ibn Əsəd və anası Fatimə binti Zəhahədir. Həzrət Xədicə hər iki tərəfdən, həm ana, həm də ata tərəfdən Rəsulullahla qohumdur. Ata tərəfdən Xuvəylid ibn Əsəd ibni Əbdulğuzza ibn Qusayy ibn Kilab. (Kilab Rəsulullahın dördüncü babasıdır). Ana tərəfdən isə: Fatimə (Həzrət Xədicənin anası) binti Zaidət ibn Əsim ibn Rəvahət ibn Həcər ibn Əbd ibn Məğis ibn Amir ibn Luvəy ibn Ğalib. Luvəy ibn Ğalib Rəsulullahın (s) səkkizinci babasıdır. Bəs Həzrəti Peyğəmbərlə Xanım Xədicə əmi oğlu əmi qızı olurlar.
    Xanım Xədicənin Allah və onun Rəsulunun yanındakı məqamı

    1. Tarix bizə göstərir ki, xanım Xədicə islam dininə ilk iman gətirib. Allah taalanın əmr etdiyi dinə onun rəsulundan sonra ikinci baş əyib.

    2. Allah Təala cənab Cəbraildən dəfələrlə xanım Xədicəyə salam göndərmişdir.(Möğcəmul kubra, c 33, s 17)

    3. Allahın Rəsulu dəfələrlə onun məqamının Allah yanında uca olmasından söz açıb və buyurub: Behişt qadınlarının sərvəri bu dörd qadındır, Məryəm İmran qızı, Fatimə Məhəmməd qızı, Xədicə Xuvəyld qızı, Asya Məzahim qızı(Fironun xanımı) (müsnədi Əhməd, c 1, s 316)

    4. Xanım Xədicənin evindən həzrəti Peyğəmbər ilk dəfə meraca getmişdi.(Nəhcul bəlağə, 192-ci xütbə) Xanım Xədicənin evindən iki mühüm tarixi şəxsiyyət parlamışdı. Fatimə(s) və Əli(ə). Bu iki şəxsiyyəti islam tarixi gözləri yaşlı halda qiyamət gününə kimi yaşadacaq.

    5. Xanım Xədicənin vəfat etdiyi ili Peyğəmbər amul hüzn adlandırmışdı. Bu adı digər xanımları vəfat edəndə onlar üçün zikr etməmişdi. Elə bir vaxt olmazdı ki, peyğəmbər onu xatırlayanda gözləri yaşla dolmasın.

    Əziz oxucular, tarixin bu səhifələrindən bizə məlum olur ki, böyük islam peyğəmbəri, həzrəti Məhəmməd (s) xanım Xədicə ilə yalnız və yalnız bir səbəbdən ailə qurub. Bu da yalnız xanım Xədicənin məqamı və islam peyğəmbərinə layiq olması idi. Əgər o zaman xanım Xədicə olmasaydı, ikinci bir məqam sahibi yox idi ki, həzrəti Peyğəmbər onunla evlənsin.
    Xanım Xədicənin Vəfatı

    İslam tarixçilərinin nəzərinə görə xanım Xədicə və həzrəti Əbutalib "şeybi Əbutalib"də hamıdan çox əziyyət çəkdikləri üçün mühasirə sona yetdikdən sonra hər ikisi aralarında az fasilə olmaqla vəfat etmişlər. Mərhum Əllamə Əmini əl qədir kitabında yazır: Əbutalib besətin onuncu ili, şəvval ayının 15-də, xanım Xədicə isə ondan 35 gün sonra vəfat etmişdir. Bu səbəbdən Peyğəmbər (s) bu ilin "amul hüzn" adlandırmışdı.

    Alıntı..
#21.08.2011 23:45 0 0 0