Oturaq iş qadınların ömrünü qısaldır

Son güncelleme:
  • Sağlıq - Oturaq iş qadınların ömrünü qısaldır

    noimageAmerikalı alimlər hesab edir ki, oturaq iş zərif cins nümayəndələrinin vaxtından əvvəl ölmə riskini artırır.
    Fox.az ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər bu qənaətə 130 min insan arasında aparılan araşdırma nəticəsində gəlib. Araşdırma göstərib ki, qadınlar arasında ürək-damar sistemində çatışmazlıq, xərçəng və ağciyər xəstəliklərindən əziyyət çəkən xanımların çoxu oturaq işlə məşğul olanlardır. 13 il ərzində aparılmış tədqiqat sübut edib ki, gündə bir yerdə fasiləsiz olaraq 3 saatdan artıq əyləşən qadınlarda vaxtından əvvəl ölmə riski 37% çoxdur.
    Maraqlıdır ki, oturaq iş rejiminin kişilərə təsiri fərqlidir. Doğrudur, bu rejim onlarda da ölüm riskini artırır. Amma cəmi 18%.

    Hər iki halda səbəb maddələr mübadiləsilə bağlıdır. İnsan bir yerdə oturan zaman maddələr mübadiləsində dəyişiklik baş verir.
    Alıntı..
0 0 0
```[cite: 10]