Youtube-dən televiziya ənənəsinə qayıdış

Son güncelleme: 22.08.2011 19:13
  • noimage

    Populyar azərbaycanlı müğənni Samirə "Həzrəti Məhəmməd" adlı yeni mahnıya çəkdirdiyi klipini telekanallardan birindəki proqramında təqdim edib.

    Bu barədə Lent.az-a danışan müğənni deyib ki, bu klipin təqdimatından ötrü o, "Youtube" ənənəsindən uzaq qalmağı üstün tutub.

    Müğənni klipin rejissoru Roza Zərgərliyə və bütün heyətə təşəkkürünü bildirib.

    Mahnının musiqisi Cəmilə, sözləri isə Sevin Şirinə məxsusdur. Klipin rejissoru ixtisasca rejissor olan müğənni Roza Zərgərli, operatoru Orman Çingizoğlu, prodüseri Abbas Quliyevdir

    Klipdə müğənninin modelyeri Gülnarə Xəlilova, vizajisti - Səbinədir.

    Lalə
#22.08.2011 19:13 0 0 0