Siyavuş Aslan

Son güncelleme: 22.08.2011 19:20
  • noimage

    "Yaxşılıqdır, özümü daha yaxşı hiss edirəm. Xəstəlik məndən əl çəkmir ki, çəkmir".

    Bu sözləri APA-ya açıqlamasında dünən evə buraxılan Azərbaycanın xalq artisti Siyavuş Aslan deyib. Xəstəlikdən sonra ilk dəfə olaraq APA-ya danışan aktyor, Azərbaycan xalqına da salamlarını çatdırıb: "Azərbaycan xalqını salamlayıram. Onlara Allahdan hər zaman sağlam olmağı diləyirəm. Hər şeyin ən xeyirlisi sizin üçün olsun".

    Səhhətində problemlər yaşayan aktyor diqqətdən kənarda qalmasından da gileylənib: "Əvvəllər yanıma gəlib-gedərdilər. İndi görürlər pisəm, gəlib-gedən də, maraqlanan da yoxdur. Bu, çox pis şeydir. Allah pis xəstəlikdən hamını uzaq eləsin. Arzu edirəm, ayağa qalxım..."

    Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan avqustun 3-də ağır vəziyyətdə 4 saylı Şəhər Xəstəxanasına gətirilib, sonradan isə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələr nəticəsində xalq artistinin işemik insult keçirdiyi məlum olub. Dünən isə aktyor evə buraxılıb.

    Qaynaq:Lent.az
#22.08.2011 19:20 0 0 0