İki həftədən çox sürən ağrılar yelin xəbərçisi ola bilər
Əllərdə 2 həftədən çox davam edən və 6 həftə sonra xronikləşən və səhərlər özünü göstərən ağrı yel xəstəliyinin əlaməti ola bilər. Əl ağrıları ümumiyyətlə hiyləgərcəsinə başlayır və zaman içində özünü daha çox hiss etdirir. Səhər oyandıqda əllərdə sərtlik hissi sıravi bir vəziyyət hesab olunmamalıdır. İnsanlar bu cür ağrılara ümumiyyətlə əhəmiyyət vermirlər və həkimə müraciətdə gecikirlər. Bu ağrılar bəzən tək oynaqda, bəzən barmaqlar oynadıldıqda özünü göstərir.
Ağrı fərqli səbəblərdən qaynaqlana bilər və ən qısa müddətdə səbəbi müəyyən olunmalıdır. Ağrı bir barmaq ya da bir neçə barmaqda ola bilər. Bəzən isə hər iki əldə ağrı şəklində görülə bilər. Tək barmaqda hiss edilən ağrıdan ümumiyyətlə məcbur etmə, mexaniki bir hadisə və ya zədə, eyni vaxtda bir çox oynağı ya da barmağı tutan ağrılardan isə revmatizmal xəstəliklər məsul ola bilər. Gecə ağrı verən, səhərlər ağrı ilə birlikdə əlləri qovuşdurmaqda, yumruq etməkdə çətinlik çəkmə kimi narahatlıqla özünü göstərən, 2 həftədən çox davam edən və 6 həftə sonrada xronikləşən əl ağrısı, iltihablı revmatizm olaraq təyin oluna bilən revmatoidartiritin ilkin əlamətləri ola bilər. Xəstələrdə ağrı ilə bərabər bəzən şişkinlik də görülə bilər.
İltihablı revmatizm xəstəliyi dünyada hər 100 adamdan birində görülür. Daha çox 30-40 yaşlarında başlayır. Daha erkən dövrdə görülsə belə, bu dövrdə ən üst səviyyəsinə çatır. Xəstəlik ən çox qadınlarda rast gəlinir. İlk olaraq əldə başlayan narahatlıq sonra bədəndə onurğaxaric ayaq, qıç və qollarda şişlik, ağrı, hərəkət məhdudiyyətliyi və funksiya itkisi ilə bütün oynaqlara yayıla bilər. Omba və dizlərə təsir etdikdə oturub- qalxmada, ayaqlara təsir etdikdə ayağı oynatmada, çiyinə təsir etdikdə saçları daraya bilməmə, əllərə təsir etdikdə qapı cəftəsini tuta bilməmə kimi hərəkətlərdə çətinlik yaşanır, sanki şikəstlik vəziyyəti yaranır.