Nigar Camal məşhur türk serialında rol alacaq

Son güncelleme: 25.08.2011 02:16
  • noimage

    Türkiyənin sevilən və Azərbaycanda çoxsaylı tamaşaçı auditoriyası olan "Yahşi Cazibe" teleserialının bir bölümü Azərbaycanda çəkiləcək.

    APA-nın məlumatına görə, teleserialın Bakıdakı çəkilişləri avqustun 30-u, sentyabrın 1-i və 2-də gerçəkləşəcək. Artıq üç günlük çəkiliş üçün məkanlar seçilib və yaradıcı qrup bununla bağlı Bakıda olub. Çəkilişlərdən bir gün əvvəl Bakıya gələcək serial qəhrəmanları Bakıda yerli media mənsubları ilə də görüşməyi qərarlaşdırıblar. Bakıdakı serialda çəkilmək üçün Türkiyədə yaşayan azərbaycanlı aktrisa və "Yahşi Cazibe"nin məsləhətçisi Məlahət Abbasovaya da cavabdeh qurum tərəfindən rol təklif olunub. Bu seriyada soydaşlarımızı daha bir sürpriz gözləyir. Bu da həmin serialda Azərbaycana "Eurovision" birinciliyi gətirən Nigar Camalın da rol almasıdır.

    Məlumata görə, artıq yaradıcı heyətlə Avropa birincisi arasında razılıq əldə olunub. Çəkilişlər üç gün müddətinə baş tutacaq və çəkilişlərdən dərhal sonra yaradıcı qrup Türkiyəyə qayıdacaq. "Yahşi Cazibe"nin Azərbaycanda çəkiləcəyi seriyada baş rol olan azərbaycanlı qız Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq. Bu teleserialda azərbaycanlı qız obrazını sevilən aktrisa Aslihan Gürbüz canlandırır.

    Milli.Az
#25.08.2011 02:16 0 0 0