Müğənni Röya toyunun 3-cü ilində pəhrizini pozdu - FOTOLENT

Son güncelleme: 25.08.2011 15:38
  • noimage

    Müğənni Röya Ayxan ailə qurmasının üç illiyini rəfiqəsi, gənc şairə Ülviyyə Alovlunun ad günündə qeyd edib.

    Lent.az-ın məlumatına görə, müğənnilər Rəhim Rəhimli, Faiq Ağayev, "Space" radiosunun baş prodüseri İlahə Şıxlinskaya, İTV-nin aparıcısı Könül Arifqızı, ATV-nin aparıcısı Nurlana, "Space" radionun DJ-i Gülnar Muradova, bəstəkarlar İsa Məlikov, Ülviyyə Vəliyeva və Rüstəm Qədirovun da iştirak etdiyi doğum günündə şairə üçün ən gözəl sürprizi yaxın rəfiqəsi Röya Ayxan edib. O, məclisə həyat yoldaşı və 2 yaşlı balaca oğlu Hüseynlə gəlib.

    Doğum gününün keçirildiyi tarix Röyanın ailə qurmasının 3 illiyinə təsadüf etdiyindən bayram bayrama qarışıb. Şou əhli gecədən xeyli keçənədək əylənib.

    Həm Röya, həm də Faiq Ağayev Alovlunun ad günü münasibəti ilə pəhrizlərini pozduqlarını deyərək, doyunca yeyib-içiblər.

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#25.08.2011 15:38 0 0 0