"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı Samir Cavadzadə ilə birlikdə təmsil edən müğənni Elnur Hüseynov yaradıcılığındakı durğunluğa son qoyub.
Lent.az-ın məlumatına görə, Elnur DJ Emin ilə birlikdə "Freak" adlı hitə imza atıb. Müğənni hazırladıqları trekin təkcə Azərbaycan üçün deyil, eyni zamanda beynəlxalq auditoriya üçün nəzərdə tutulduğunu deyib.
Elnur Eminlə əməkdaşlığını gələcəkdə də davam etdirməyi düşünür.