Sabah müqəddəs Ramazan ayının iyirmi yeddinci günüdür.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bildirir ki, Ramazan ayının iyirmi yeddinci günündə oruc tutanlar üçün imsaq vaxtı 05:49-dur. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:36-dır.
Ramazan ayının iyirmi yeddinci gününün duası isə belədir: "İlahi, bu ayda mənə Qədr gecəsinin fəzilətini ruzi ver, işlərimi bu ayda çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et, günahlarını və günah yükünü üstümdən götür, ey öz saleh bəndələrinə Mehriban olan (Allah)!".
Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir. Lent.az bu dəqiqə fərqlərini də oxucularına təqdim edir: