Fala baxan və baxdıran bizdən deyildir

Son güncelleme: 27.08.2011 00:51
  • Dini hekayeler - Fala baxan və baxdıran bizdən deyildir hekayesi

    noimageHz. Aişə (r.a.) rəvayət edir:
    Bəzi insanlar RəsulALLAHa (s.a.v.) kahinlərin qeybdən xəbər vermələri haqqında sual verdilər.
    Hz. Peyğəmbər (s.a.v.) :
    "Dediklərinin bir əsası yoxdur"- deyə buyurdu.
    Bundan sonra:
    "Ey ALLAHın Rəsulu! Lakin onların gələcəyə aid xəbər verdikləri bəzi xəbərlər dedikləri kimi çıxır"- dedilər
    Peyğəmbərimiz (s.a.v.) isə belə qarşılıq verdi:
    "Onların bu cür xəbərləri (vəzifəli mələyin ilham etdiyi) həqiqətlərdir.
    Bir cin onu mələkdən oğurlayaraq kahin dostunun qulağına gizlincə
    pıçıldayar. Kahinlər isə bir doğruya yüz yalan qarışdıraraq xalqa deyərlər."

    "Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün)
    göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət)
    güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük." (72/8)
#27.08.2011 00:51 0 0 0