Sabah müqəddəs Ramazan ayının iyirmi doqquzuncu günüdür.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bildirir ki, Ramazan ayının iyirmi doqquzuncu günündə oruc tutanlar üçün imsaq vaxtı 05:51-dir. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:32-dir.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası isə belədir: "İlahi, mənə bu ayda rəhmət bəxş elə, bu ayda mənə uğur və ismət müyəssər et, qəlbimi töhmət zülmlərindən pak et, ey Öz mömin bəndələrinə Rəhm Edən (Allah)!".
Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir. Lent.az bu dəqiqə fərqlərini də oxucularına təqdim edir: