Günay Musayeva Yaprak Dökümünün Oğuzu ilə evləndi - FOTO

Son güncelleme: 30.08.2011 20:51
  • noimage

    Türkiyənin tanınmış aktyoru, azərbaycanlı tamaşaçılara "Yaprak Dökümü" serialındakı Oğuz kimi tanınan Tolqa Karel və azərbaycanlı model Günay Musayeva evləniblər.

    Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyədə "yıldırım nikahı" kimi məşhur olan qəfil nikah mərasimi İzmit şəhərində baş tutub.

    Avqustun 29-da İzmitdəki Seka Parkda yerləşən oteldə baş tutan nikah mərasimindən qabaq, nikah görüntüləri yalnız bir telekanala verildiyi üçün bayırda açıqlama verən Tolqa Karel "Aşiq olduğum qadınla evləndim. Həyatımın ən xoşbəxt günüdür" - deyib.

    Günay Musayeva isə bildirib ki, Tolqa Karellə Bolqarıstanda keçirilən "Best Model of the World" yarışmasında tanış olub və həmin günün axşamı evlənmə təklifi alıb. Qısa bi tanışlıq müddətində Tolqaya aşiq olduğunu söyləyən Musayeva, çox xoşbəxt olduğunu bildirib.

    Nikahı Kocaeli Böyükşəhər Bələdiyyə Başqanı İbrahim Karaosmanoğlu kəsib. Nikah mərasimindən sonra cütlük İstanbula yola düşüb.
#30.08.2011 20:51 0 0 0