Xəzər Lənkəran – Neftçi matçının vaxtı dəyişdi

Son güncelleme: 01.09.2011 14:13
  • noimage

    Futbol üzrə Unibank Premyer Liqasında son illərin ən prinsipial rəqibləri sayılan "Xəzər Lənkəran"la "Neftçi" arasında V tura təsadüf edəcək oyunun tarixi dəyişdirilib.

    Lent.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş sentyabrın 11-də yox, sentyabrın 10-da baş tutacaq.

    Bu qərar oyunun canlı yayımı və klubların PFL-ə ünvanladıqları qarşılıqlı razılıq məktublarına əsasən verilib.

    Qaynaq:Lent.az
#01.09.2011 14:13 0 0 0