NEXT-in daha bir üzvü qrupu tərk etdi

Son güncelleme: 01.09.2011 14:17
  • noimage

    Dörd oğlandan ibarət NEXT qrupunun ən aktiv və sevilən üzvlərindən biri qrupu tərk edib.

    Seyran Babayev xarici ölkədə fəaliyyətini davam etdirəcək.

    Yeni layihələrin hazırlıqlarına başlayan gənc ifaçı bununla əlaqədar Lent.az-a açıqlama verib. O bildirib ki, NEXT qrupunda iştirakını səhnə həyatında uğurlu başlanğıc kimi qiymətləndirir: "Heç kimə sirr deyil ki, istər vətəndə, istərsə də xaricdə peşəkar komanda ilə birgə çalışdıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm ki, mənə bu cür şərait yaratdılar. Bu addımımda da mənə dəstək oldular. Detallara toxunmadan deyim ki, Azərbaycan adına çox vacib layihələrə imza atacağımız gözlənilir".

    Qrupun mətbuat xidmətindən verilən məlumata görə isə, Seyran Babayevin qrupu tərk etməsinə baxmayaraq, NEXT fəaliyyətini davam etdirəcək: "Azərbaycan adına atılan hər bir uğurlu addıma sevinirik. Seyran NEXT- in ən sevilən və ən istedadlı üzvü idi. Amma bu təklifi nəzərə alaraq onun bu addımını dəstəklədik. O ki qaldı qrupun fəaliyyətinə, NEXT sentyabr ayında yeni heyətlə işlərini davam etdirəcək".

    Banu
#01.09.2011 14:17 0 0 0