Məlahət Abbasova ve Digər Məşhurlarımız Yaxşı Cazibədə - FOTO

Son güncelleme: 01.09.2011 14:24
  • noimage

    Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa, "Yaxşı Cazibə" serialının baş məsləhətçisi Məlahət Abbasova serialın kollektivi ilə birlikdə Bakıya gəlib.

    Tanınmış aktrisa Lent.az-a açıqlamasında hər iki dövlətin sənət adamları arasında yaradıcılıq mübadiləsi təşkil etmək üçün bir çox planları olduğunu açıqlayıb: "Sirr deyil ki, Türkiyənin sənət adamları, xüsusilə aktyorları Azərbaycan sənət adamlarını o qədər də yaxşı tanımır. Bu tanışlığın zamanı gəldi. Onlar necə burda tanınırsa, eləcə də bizimkilərin də orada tanınması lazımdır. Bu serialda da ilk addımı atdıq və Nigarı dəvət etdik. Cazibənin rəfiqəsini oynayacaq. Yavaş-yavaş bizim tanınmış simalarımızın da bir şəkildə orda olmağı lazımdır. Bəlkə Bakıda tanınmaq daha asandır. Amma Türkiyədə doğrudan da çox məşhur olmaq çətindir. Bunun üçün də populyar serialda, proqramlarda iştirak ilk addım olmalıdır".

    Aktrisa deyib ki, azərbaycanlı məşhurları bundan sonra sözügedən serialda görmək mümkün olacaq: "Gələcək seriyalarda da başqa tanınmışları da sıra ilə görəcəklər".

    Lalə Yusifqızı
#01.09.2011 14:24 0 0 0