Sağlıq - C vitamini haqqında - C vitaminində möcüzə varmış
O, ağır xəstələrə ümid verə bilər.
Milli.Az xəbər portalı "The Times of India"ya istinadən bildirir ki, vitamin C-li əlavələr Alsgeymer xəstələrinə yardım edə bilər. Lund Universitetinin alimlərinin fikrincə, Alsgeymer xəstəliyi zamanı beyinə yığılan zəhərli protein laylarını bu vitamin dağıda bilər.
Həqiqətənn də, xəstələrin beyinlərində düzgün qıvrılmamış proteinlərdən ibarət amiloid həlqələr var. Onlar ilk növbədə beyinin yaddaş mərkəzindəki neyronlara təsir edirlər.
Hazırda Alsgeymer xəstəliyi ilə mübarizə üçün farmasevtik vasitə yoxdur. Təbabət yalnız bu xəstəliyin simptomlarına təsir edərək onun inkişafının qarşısını alır. C vitamininin unikal xassələrinin kəşfi isə Alsgeymer xəstəliyinin ilk dərmanının yaradılmasına ümidii artırır.
Lund Universitetində aparılmış tədqiqatla bağlı hesabat "Journal of Biological Chemistry" jurnalında dərc olunub..