Paxlava bükməli toyuq budu

Son güncelleme: 02.09.2011 13:07
  • Paxlava bükməli toyuq budu - Paxlava bükməli toyuq budu terkibi - Paxlava bükməli toyuq budunun hazırlanması

    noimage

    Terkibi:

    2 sümüksüz toyuq budu
    1 qırmızı bibər
    1 sarı bibər
    1 baş soğan
    1 çay qaşığı dolmalıq fıstıq
    1/2 dəstə yaşıl reyhan
    4 diş sarımsaq
    4 sarım paxlava fətiri
    2 xörək qaşığı zeytun yağı
    1 xörək qaşığı kərə yağı

    Hazırlanması:

    noimage

    Toyuq budlarını əzilmiş sarımsaq dişləri, reyhan və 1 xörək qaşığı zeytun yağından ibarət qarışıqda marinad edin. Rəngli bibərləri, quru soğanı və dolmalıq fıstığı qızmış tavada zeytun yağında qızardın.

    Qaynanmış inqradientləri toyuq budunun içinə qoyub rulon formasında bürmələyin. 180 dərəcə qızdırılmış sobada onu 15 dəqiqə bişirin. Sonra sobadan çıxarıb soyumasını gözləyin. Daha sonra bişmiş toyuq budunu paxlava fətirinə bükün, rulon kimi bürmələyin və yenidən sobada xəmir qızarana qədər bişirin.

    noimage

    Nuş olsun..
#02.09.2011 13:07 0 0 0