Bir çox qadınların bədən quruluşunda və ya fiqurasında çatışmamazlıqlar mövcuddur. Bəzi qadınlar bel nayihəsinin o qədər də gözəl görünməməsindən nigaran qalır, bəzi qadınlar sinələrinin çox böyük olmasından, kimiləri isə ombalarının çox geniş olması səbəbiylə narahatlıq keçirir. Müxtəlif aksesuarların köməyilə bunları aradan qaldıraraq, daha da cazibəli görünmək mümkündür.
1. Alçaq boy . Alçaq boylu qadınlara çox vaxt şlyapa, eynək, zinyət əşyaları, kiçik ölçülü çantalar, həmçinin üzərində kiçik rəsmlər olan parçalardan istifadə etmək tövsiyə olunur. Miniatür, zərif qadına omba səviyyəsinə qədər uzanan kəmərdən sallanan çantadan çox, qoltuqda gəzdirilə bilən nisbətən böyük ölçülü çantalar daha yaxşı yaraşar.
2. Dolu əndamlı qadınlar . Köynək və ya bluzka alarkən ilk növbədə alacağınız şeyin çiyinlərinə fikir verin. Çiyin aşağı sallanmamlıdır, qadının bel hissəsindən diqqəti çəkmək üçün dümdüz olmalıdır. Bu qadınlara nazik yun, kətan, krepon parçalarından tikilmiş kostyum və paltarlar, eyni zamanda qəhvəyi, yaşıl, mavi rənglərin bütün çalarları uyğun gəlir. Aksesuarlardan isə yarımuzun əlcəklər, kiçik öçülü çantalar və parlaq materiallardan hazırlanamayan ayaqqabılar tövsiyə oluna bilər.
4. Ayaqlar . Ayaqları kök olan qadınlara parlaq aksesuarlar və tünd çalarlı uzunboğaz corablar (kolqotka) daha uyğundur. Həmçinin onların tikişli olması vacibdir. Ayaqları arıq olan qadınlara istənilən paltar uyğundur, amma uzunboğaz corabların (həmçinin kolqotkaların) açıq rəngdə və tikişsiz olanları tövsiyə olunur. Qalın materiallardan hazırlanmış dikdaban ayaqqabılar, həmçinin çoxlu sayda toqqa və digər detallar məsləhət görülmür. Çünki bu zaman ayaq daha nazik görünə bilər. Kiçik dabanlı və ya tamamilə dabansız ayaqqabılar geyinmək daha yaxşıdır.
5. Sinə . Sinəsi böyük olan qadınlar diqqətlərini paltarın aşağı hissəsinə yönəltsələr yaxşı olar. Belə ki, geniş və parlaq rəngli qayış və kəmərlər paltarınızla yaxşı komplektasiya yaradar. Paltarın lifinin, jaketin və bluzanıın kənarlarının xətləri vertikal olmalıdır. Həmçinin köynək, bluzka və ya jaketlərin döş hissəsində cib yerinin olması, geniş şarflər sinənin daha qabarıq olmasına gətirib çıxarır. Buna görə də bu detallara fikir verməyə çalışın. Ancaq yubka və şalvarlarınızda olan geniş ciblər və iri düymələr ümumi görünüşünüzün daha effektli olmasına səbəb ola bilər.
6. Boyun . Boynunun uzunluğu qısa olan qadınlar boğazlarını şərf və ya yaylıq ilə örtməməlidir. Ancaq aksesuar olaraq uzun muncuq və boyunbağı bu narahatçılığı aradan qaldırmağa kömək edəcək. Boyunları uzun olan qadınlara dümdüz və qatlama yaxalıqlar yaxşı yaraşacaq. Həmçinin boyunbağı, muncuq, şərf də sizin görkəminizi tamamlayacaq ünsürlərdir və boynunuzun çox uzun olması bilinməyəcək. Lakin bununla belə bu işə çox can yandırmayın, çünki istədiyiniz effekt alınmaya bilər. Normanı gözləməyə çalışın.
Unutmayın sizin və başqalarının gözündə çatışmazlıq kimi görünən istənilən şeyi üstünlüyə çevirmək olar.