1. Çox quru saçlar
Şampunu yalnız əllərinizlə, yaş saçın diblərinə sürtün və yüngülcə dağıdın. Yuyarkən saçın içindən axacaq olan şampun, saçları təmizləmək üçün kifayətdir. Beləcə saçlarınızın bir az daha qurumasının qarşısını alarsınız.
2. Normal saçlar
Şampunu dairəvi hərəkətlərlə saça sürtün, ardından yaxşıca durulayın. Əgər başınızda şampun artığı qalsa, saçlarınız codlaşar və quruyar. Qayda bu: Şampunlamaq üçün xərclədiyiniz müddətin üç misli müddəti durulamaq üçün istifadə edin.
3. İkisi bir yerdə
Bu məhsullar həm yuyar həm də baxım edər. Praktikdir amma hər gün istifadə edilməyə uyğun deyildirlər. Çünki bu məhsulların çoxunda silikon yağı vardır. Əvvəl saçları yumşaq edərlər. Lakin uzun müddətdə saç tellərinin səthində yığılaraq, saçı ağırlaşdıra bilərlər. Həftədə yalnız 1 dəfə istifadə edin.
4. İlıq su ilə durulayın
Saçlarımız həssas olduqlarından, çox isti suyu sevməzlər. İlıq su, saçların zərər görməməsi üçün idealdır. Hətta bacara bilənlər, saçlarını soyuq su ilə yumalıdır. Soyuq su, saçlara mükəmməl bir parlaqlıq verər.
5. Ən yaxşı fen strategiyası
Saçları yuduqdan sonra diqqətlə ayırın. İsidilmiş bir dəsmalla qurudun. Fen maşınını ən aşağı nizama gətirib, saçları çox çox qarışdırmadan tam quruyana qədər fenleyin: sonra feni daha yüksək istiliyə gətirib, yumru bir fırçayla şəkilləndirmə işinə girişin. Feni saçınızdan ən az 15 santimetr uzaq tutun.
6. Nəzakətli olun
Yaş saçlar, yüngülcə şişmişlərdir. Başqa sözlə tez qırıla bilərlər. Daramaq üçün ayrı mümkünsə taxtadan, əl istehsalı bir daraq istifadə edin. Ucuz plastik daraqları seçiməyin.
7. Çox mu streslisiniz?
Saçlarınızı yuyarkən başınıza masaj etsəniz, xoşbəxtlik hormonlarınızı aktivə edərsiniz. Barmaq ucları ilə dairələr çəkərək, gicgahlardan saç diblərinə doğru masaj edin. Oradan təkrar qulaqlara doğru enin. Sonra boynunuza doğru davam edin. Bunları edərkən dərin dərin nəfəs alıb verin.
8. Ön fikirləri unudun
Yağlı saçların hər gün yuyunduqları zaman daha tez yağlanıldıqlarıyla əlaqədar nağılları unudun. Əgər özünüzü daha baxımlı hiss edəcəksinizsə, hər gün duş ala bilərsiniz. Əhəmiyyətli olan, yumşaq bir şampun istifadə etməniz. Şampunu saçınızda gözlətməyin və dərhal yuyun.
9. Saç kremi
Kremi xüsusilə saçın aşağı sallanan qisimlərinə və uclarına sürün. Saç diblərindəki ilk 3 santimetrə gəlməməsini təmin edin. Diblərdə çıxan yeni saçların əlavə bir baxıma ehtiyacı yoxdur.
10. Çox incə saçlar
İncə saçlar, yağlı məhsulları qaldıra bilməzlər. Ən yaxşısı, nəmli (və ya quru) saçlara nəmləndirici sprey sıxmaqdır. Sprey, statik elektrik meydana gəlməsini və saç tellərinin "uçuşmasına" mane olar.