Azərbaycan-Belçika 1-1

Son güncelleme: 04.09.2011 03:36
  • noimage

    Azərbaycanın futbol yığması Avropa Çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində Belçika millisi ilə heç-heçə edib.

    Lent.az-ın məlumatına görə, Bakıda keçirilən oyunda 1:1 hesabı qeydə alınıb.

    Oyunda hesabı 55-ci dəqiqədə qonaq komanda açıb. Rəşad Sadıqovun cərimə meydançasında kobud oynamasından sonra təyin olunan penaltini Simons qola çevirib. 85-ci dəqiqədə isə komandamız bərabərlik qolunu vurmağa imkan tapıb. Mahir Şükürovun ötürdüyü topu Rauf Əliyev başla rəqib qapısından keçirib.

    Qazanılan 1 xaldan sonra Azərbaycan millisi A qrupunda 4 xalla 5-ci pillədə qərarlaşıb. Türkiyə futbolçuları isə öz meydanlarında Qazaxıstanı məğlub etməklə xallarını 13-ə çatdırıb və ikinci pilləyə yüksəlib. Doğma meydanda Avstriya millisini 6:2 hesabı ilə yenən Almaniya futbolçuları isə maksimum (24) xalla final mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıb.

    Qeyd edək ki, Belçikada keçirilən oyunda yığmamız 1:4 hesabı ilə məğlub olmuşdu.

    Qaynaq:Lent.az
#04.09.2011 03:36 0 0 0