Yaxşı Cazibe-nin yaradıcı heyəti ilə görüş keçirilib - FOTO

Son güncelleme: 04.09.2011 03:42
  • noimage

    Millət vəkili Qənirə Paşayeva Türkiyənin ATV kanalında yayımlanan məşhur "Yaxşı Cazibə" ("Yahşi Cazibe") serialının Bakıda səfərdə olan yaradıcı heyəti ilə görüşüb. Qonaqları Bakıda salamlamaqdan məmnunluq duyduğunu, "Yaxşı Cazibə"nin Azərbaycanda da yetərincə tamaşaçı auditoriyasına sahib olduğunu vurğulayan xanım millət vəkili, mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu bildirdi. O, mədəniyyətin özəlliklə, Türkiyə və Azərbaycan kimi iki qardaş ölkə arasında oynadığı rolun ikiqat təsirə malik olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin "biz bir millət, iki dövlətik" kəlamını xatırlatdı.

    Millət vəkili qonaqlara Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməsi barədə məlumatlar verib. Millət vəkili Azərbaycanın bir qarış da torpaqlarından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini deyib. "İnşallah, o zaman "Yaxşı Cazibənin" bir neçə bölümünü də işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda çəkərsiniz".
    Azərbaycanda təsəvvür etdiklərindən daha artıq dərəcədə sevildiklərinin şahidi olmaqdan, Bakıya səfərdən və bu görüşdən çox məmnun olduqlarını bildirməklə sözə başlayan qonaqlar gələcək işlərində də Azərbaycana, Azərbaycan mədəniyyətinə, Azərbaycan insanının yaşantılarına daha geniş yer ayırmağı vəd etdilər. Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, Azərbaycanı sevdiklərini deyən yaradıcı heyət mütləq yenidən Azərbaycana gələcəklərini deyiiblər." Bura bizim üçün sanki öz evimizdir, özümüzü öz evimizdəki kimi hiss edirik. Bizə qarşı o qədər böyük hörmət, sevgi gördük ki, bunu heç zaman unutmayacağıq".

    Görüşdə bəstəkar Aygün Səmədzadə, Eurovision 2011 müsabiqəsinin qalibi Nigar Camal, bəstəkar və prodüser İsa Məlikov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və digər sənət adamları iştirak edirdi.

    Milli.Az

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#04.09.2011 03:42 0 0 0