Hakerlər populyar azərbaycanlı teleaparıcı Turan İbrahimovun (əsl adı Samirdir) "Facebook" sosial şəbəkəsindəki fərdi səhifəsinin kodunu sındırıblar.
"Hakerlər kodu sındırmaqla yanaşı, "Facebook"dakı səhifəmdə təhriqamiz məzmunlu yazılar qoymağa başlayıblar. Kibercinayətlərlə mübarizə üzrə müvafiq orqanlara müraciət edərək onlardan günahkarların tapılması və cəzalandırılmasını xahiş etdim", - İbrahimov deyib.
Milli.Az xəbər portalı Trend Life-a istinadən bildirir ki, informasiya texnologiyaları sahəsindəki cinayətkarlıq və ya kibercinayətkarlıq dünyada geniş yayılmış kriminal əməllərdən biridir.