Sevgi - Sevgi sözleri - Sevgi haqqında - Güzel sözler - Alıntı yazılar
"Sevgidə qürur olmaz" deyirlər, nə qədəri doğrudur bilmirəm, amma məncə münasibət bitməlidirsə, bitməlidir, çünki sevgidə sədaqət bitibsə, sevgi mənasını itirmişdir.
İlk dəfə köçəndə qoyub gələ bilmədiyim şəhərlə mənim aramda sanki göbək bağı var idi hələ, uşaq kimi ona ehtiyac duyurdum.
Nəysə, ayrılmışdıq artıq. Yeni bir səhifə açmalırdım, bu lazım idi. Yeni evimizə gəldik. Bir qızla rastlaşmışdım.
Əvvəl heç etmədiyim bir şey hiss etdim özümdə. Bu nə idi? Acı idimi, ağrı idimi bu?
Amma elə bir şey ki, gözlərim qamaşır, içim titrəyir, yerimdəntərpənə bilmirdim.
Sanki qarşımdakı də mənimlə eyni şeyləri hiss edirdi. Elə bir-birimizə dərin və səmimi baxırdıq ki. Sanki illərdir bir-birimizi tanıyırdıq.
Həsrətlə baxırdıq bir-birimizə. Mən cəsarətimi toplayıb, dərhal uzaqlaşdım ordan. Arxama belə baxmadan!
Alış-verişə çıxdığım o gün qarşımdaydı yenə. ''Salam mənim adım Suzan'' - dedi. Mən də''Mənim adım Cem, məmnun oldum'' - dedim.
Alış-veriş bitmişdi. Evlərimizə doğru yol alırdıq, danışa-danışa. Evlərimiz yaxın idi.
Bir gecə eyvana onu düşünərək çıxmışdım, gec saatlarda. Baxırdı ətrafa.
Onu qarşımda görəndə, artıq son diləyi olmuş amansız xəstələr kimi ölmək istəyirdim. Çox amma çox həyəcanlanmışdım.
Əl yellədi mənə. Mən yalnız ona baxırdım. Dərin dərin düşünürdüm. Qız bir şeylər hiss etdi ki, birdən şirin bir təbəssümle tərk etdi olduğu yeri. Görəsən, görəsən deyə düşündüm öz-özümə. Yata bilmədim o gün. Səhər hər şeyi danışacaqdım.
Sabah yenə onu qarşımda görəndə, yanına gələn bir adam gördüm. Çox səmimiydilər, yıxılmışdım, beynimdən vuruldum sanki.
Həyatımda belə bir ağrı hiss etməmiştim. "Lənət olsun!" - deyə qışqırdım içimdən. Qıza salam belə vermədən getdim ordan.
Evə qapanmışdım, artıq balkonlara çıxmırdı. Onun çıxacağını bilə-bilə .. "Səhərlər onu görəndə salam belə vermirdi aradan 1 həftə keçmişdı.
Qızı daha görə bilmirdi onsuz da." Yanımızdakı cənazə məni məhv edir, fəryadlar məni öldürürdü. Amma bəli onun evindən gəlirdi bu səslər.
Uzun zamandır, mən də maraqlanıb getmədim heç.
Amma qızı da uzun müddət görə bilməyəndə, görəsən deyirdim özümə, nə olar o olmasın nə olar, o olmasın deyə qışqırırdım.
Çıxdım evdən, onlara doğru getdim. "Ölən kimdir?'' - dedim, ''Suzan ''deyə cavab verdilər. Bunu mənim zəif bədənim götürmədi, ürəyim getdi elə orada. Ayılanda evdəydim, ailəm qarşımdaydı. Ağlayırdım, hönkür-hönkür.
Nə olduğunu anlamayan ailəm, maraqlı maraqlı baxırdılar. Unutmaq çətin olacaqdı, sevdiyimi demədən getmişdi.
Öyrəndim sonradan, o gün yanına gələn adam kişi qardaşıymış. Ailəsi də qızın bir böyük qardaşının yanında bu qədər xoşbəxt olduğunu, bir də heç tanımadıqları bir adam tərəfindən xoşbəxt olduqlarını söyləyirdilər.
Bəli, o ikinci adam, o ikinci vicdansız adam mən idim. Sevginin o qorxunc qadağanlarını tapdalayan və heç dinləmədən, heç öyrənmədən qızı taleyinə məhkum edən və o qədər ömrü qaldığı halda bir təbəssümü üzündən əskik edən adam, o vicdansız adam mən idim.
Mən etdim bu səhvi, siz etməyin, sevginin o unudulmaz qadağanını tapdalamayın dostlar, sevgidə qürur olmaz.