Dişlərin sağlamlığı niyə bu qədər vacibdir

Son güncelleme: 06.09.2011 01:02
  • Diş - Dişler - Dişlerin Sağlamlığı - Dişlere Qulluq - Dişlere Quluğun Vacibliyi

    noimage

    Dişləri sağlam saxlamaq vacib məsələlərdən biridir. Axı dişlərin xarab olması ümumi sağlamlığımıza pis təsir göstərir. Sual ola bilər nəyə görə dişləri sağlam saxlamaq bu qədər vacibdir. Cavab, orqanizimdə bütün orqanlar bir-biri ilə əlaqəlidir. Sizin dişlərinizdə problem olduqda, qida yaxşı ceynəlinmədiyinə görə həzm prosesi pozulur. Həzm prosesinin pozulmsı isə öz növbəsində qan dövranının zəiflədir. Nəticədə, biz özümüzü narahat hiss edirik və müxtəlif xəstəliklərə qarşı imunitetimiz zəifləyir.

    Bəs dişləri sağlam saxlamaq üçün nə etmək lazımdır? Yadınızda saxlayın ki, oksigen və sudan sonra orqanizim üçün 3 vacib element kalsiumdur. Bədənimizdəki kalsiumun böyüh hissəsi diş və sümüklərdə fosfat şəklində olur və onların möhkəmliyini təmin edir. Orqanizimdə kalsiumun miqdarı azaldıqda dişlər zəifləyir və müxtəlif xarici təsirlərə qarşı həssas olur. Kalsium əsasən süd məsullarında, ət, balıq və bir sıra meyvələrin təkibində üstünlük təşkil edir.

    Orqanizimdə kalsiuma gündəlik təlabat uşaq və böyüklərdə fərqli olur. Ümumdünya Səhiyyə Təşkilatı kalsiumun gündəlik normasını aşağıdakı miqdarda qəbul etməyi məsləhət bildirir:


    3 yaşına qədər uşaqlar üçün - 600 mq
    4-10 yaşında uşaqlar üçün - 800 mq
    10-13 yaşında uşaqlar üçün - 1000 mq
    13-16 yaşında yeniyetmələr üçün - 1200 mq
    16 yaşında yuxarı cavanlar üçün - 1000 mq
    25-50 yaş arası böyüklər üçün - 800-1200 mq
    boylu və ya uşaq əmizdirən qadınlar üçün - 1500-2000 mq

    Alıntı..
#06.09.2011 01:02 0 0 0