Ağadadaş Ağayev

Son güncelleme: 06.09.2011 01:42
  • noimage

    Müğənni möhtəşəm layihə ilə tamaşaçıları sevindirmək qərarına gəldiyini deyir.
    "Hansısa tədbirlərdə iştirak etmək və ya konsert proqramları üçün hər zaman mənə təkliflər gəlir. Amma indi mən özüm qəti qərara gəlmişəm ki, 2011-ci ilin sonunadək böyük konsert proqramı ilə çıxış edim". "Azadinform"a açıqlamasında xalq artisti Ağadadaş Ağayev eyni zamanda bildirib ki, cari ildə onu sevənlər üçün zəngin yaradıcılıq işləri həyata keçirəcək.

    Hal-hazırda bir sıra bəstəkarlarla işləyən müğənni artıq bir neçə mahnının yazılma mərhələsində olduğunu da bildirib. Klip çəkilişlərinə gəlincə isə bu sahədə də öz pərəstişkarlarını sevindirəcəyini vurğulayan xalq artisti şou-biznes nümayəndələrinə xas olan dəqiq tarix göstərməmə prinsiplərinə sadiq qaldı: "Mənim tamaşaçılara təqdim edəcəyim bir sıra yeni işlərim var. Sadəcə olaraq, dəqiq vaxt göstərməkdə çətinlik çəkirəm. Ona görə ki, tamaşaçılar mənim indidən dediyim tarixi gözlədiyi halda hansısa səbəbdən o işlərim gecikə bilər və mən onların yanında yalançı çıxaram. Bu səbəbdən gəlin, heç siz də dəqiq vaxtı soruşmayın ki, mən də dəqiq vəd verməyim. Amma mütləq gözləyin, bir sıra yeniliklərim olacaq!"

    Ağadadaş Ağayev yeni, möhtəşəm və analoqu olmayan bir layihə üzərində də işlədiyini bildirdi: "Bəli, mən çox yeni, möhtəşəm bir layihəylə tamaşaçıları sevindirmək qərarına gəlmişəm. Bu elə bir layihədir ki, bunu ancaq görmək lazımdır".

    Qaynaq:Milli.Az
#06.09.2011 01:42 0 0 0