Sevda Yahyayeva yenə ayrıldı

Son güncelleme: 07.09.2011 10:55
  • noimage

    Müğənni Sevda Yahyayeva prodüseri Pərviz Əsgərovla əməkdaşlığa son qoyub. Bu barədə Pərviz Əsgərov Lent.az-a məlumat verib.

    Prodüser deyib ki, aralarında küsülülük yoxdur, dostluq münasibəti davam edir: "Mən paralel olaraq neft şirkətində çalışırdım, hazırda öz işimə davam edirəm. Bundan sonra şou-biznesdə prodüser kimi yox, toy təşkilatçısı kimi fəaliyyət göstərəcəyəm".

    Qeyd edək ki, Sevda Yahyayeva şou-biznesin ən çox prodüser dəyişən müğənnisi kimi tanınır.

    Lalə Yusifqızı
#07.09.2011 10:55 0 0 0