Səhər tezdən siqaret çəkməyə can atan şəxslərdə bədxassəli xərçəngin
əmələ gəlmə şansı digər şəxslərə nisbətən daha böyükdür.
Amerika Onkologiya Xəsətlikləri ilə Mübarizə Cəmiyyətinin "Kənser" jurnalında dərc olunmuş araşdırmanın nəticələri belə deməyə əsas verir. ABŞ-ın Pensilvaniya Tibb Kollecinin mütəxəssislərinin fikrincə, siqaretin çəkilmə vaxtı xərçəngin əmələ gəlməsində daha böyük rol oynayır. 7.500 nəfər arasında keçirilmiş araşdırma zamanı onların 4.800 nəfərində xərçəng xəstəliyi qeydə alınmışdır. Xəstəliyə tutulma şansı oyandıqdan 30 dəqiqə ərzində, boyun və çiyin nahiyələrində müşahidə edilmişdir. Pensilvaniya Tibb Kollecinin mütəxəsisləri bunun səbəbi kimi yuxudan oyanmanın ilk dəqiqələrində orqanizmin nikotini daha çox həzm etməsini göstərirlər. Bundan başqa, genetik və şəxsi amillərin də rolu istisna edilmir.