Əzələ daxilinə iynə necə vurulur?

Son güncelleme: 07.09.2011 11:34
  • Sağlıq - İynə - Əzələ daxili iyne - İynə vurulması haqqında - İynə necə vurulur?
    noimage

    Yəqin ki,hər biriniz həyatda bir dəfə də olsun iynə
    vurdurmaq məcburiyyətində qalmısız.Bilənlər bilir,amma bilməyənlər isə
    məcburiyyət qarşısında iynə vurmaq üçün bacaran şəxs axtarır.

    Ya da müraciət eləyir,hansısa tibb müəssisəsinə.Təbii ki,bu da havayı
    başa gəlmir.Həm öyrənəsiz,həm də büdcənizə qənaət edəsiz deyə sizə
    əzələ daxilinə necə iynə vurmaq lazımdır,bunu öyrətməyə çalışacam.

    Əvvəlcə onu deyim ki,iynə vurulacaq nahiyəni spirtlə və ya yodla isladılmış
    pambıqla bir neçə dəfə ancaq bir istiqamətdə silin.Yəni ya yuxarıdan aşağı,
    ya da aşağıdan yuxarı olmaqla islaq pambığı həmən nahiyəyə sürtün.
    Daha sonra isə dərmanı yığdığınız şprisi əlinizə alıb şəxsin
    göstərilən nahiysinə,90 dərəcəli bucaq altında iynəni sonuna qədər batırın.

    İynəni batırdıqdan sonra dərhal porşeni itələməyin.
    Əvvəlcə porşeni yuxarı çəkin ki,kapilyara düşmədiyinizdən əmin olasız.
    Əgər porşeni çəkəndə şprisə qan gəlirsə,deməli,kapilyara düşmüsüz.
    Bu zaman iynəni həmən nahiyədən çıxarıb başqa nöqtəyə salın.

    Əks halda burada şişkinlik yarana bilər.Yeri gəlmişkən,yaranmış belə
    şişkinliyi həmən yerə duzlu və ya spirtli məhlulla isladımış kompres
    qoymaqla əridə bilərsiz.Yox,əgər şprisə qan gəlmirsə,onda porşeni
    itələyin,məhululu boşaldan kimi şprisi çıxarın və
    iynə yerini spirtli pambıqla yüngülcə silin. Bu qədər!

    Alıntı...

#07.09.2011 11:34 0 0 0