Eldar və Nigar gülüş hədəfinə çevriləcək

Son güncelleme: 08.09.2011 21:08
  • noimage

    "Bu şəhərdə" yumor qrupu oktyabrın 5-dən 8-dək Heydər Əliyev Sarayında növbəti konsert proqramı ilə çıxış edəcək.

    Bu barədə Lent.az-a qrupun rəhbəri Müşfiq Abbasov məlumat verib: "5-8 oktyabrda Heydər Əliyev Sarayında konsertimiz olacaq. Lakin ola bilsin ki, konsertin nümayişi bir neçə gün də uzadılsın".

    "Bu şəhərdə"nin budəfəki hədəfi "Eurovision-2011"-in qalibləri Eldar və Nigar olacaq: "Bundan başqa "Sehirli xalat" filmi səhnələşdiriləcək. Şou-biznes nümayəndələrimiz bu dəfə diqqətdən kənar qalacaq, çünki şou-biznes rəhmətə gedib, gözləyirik qırxı çıxsın... Eldar və Nigar və daha bir neçə şəxs isə hədəfimiz olacaq".

    Proqramın aparıcısı Kamilə Babayeva olacaq.

    Lalə Yusifqızı
#08.09.2011 21:08 0 0 0