Səbr et könlüm

Son güncelleme: 09.09.2011 00:37
  • Səbr et könlüm şeri - Alıntı şerler
    noimage

    Mənim dünyam buludlara bürünüb,
    Yollarımda həsrət çəni sürünüb.
    Bunca zillət, deyin, harda görünüb?
    Gözləyirəm, çətin günlər ötəcək,
    Səbr et, könlüm, bu qış bir gün bitəcək!

    noimage

    Zaman uçur, günlər bir-bir ötüşür,
    Doğan hilal ulduzlarla görüşür.
    Tale yalnız kədərləmi bölüşür?
    Qismət varsa, sevinc dəmi yetəcək,
    Səbr et, könlüm, bu qış bir gün bitəcək!

    noimage

    İnanıram, o Gün bir də doğacaq,
    İçimdəki zülmətləri boğacaq!
    O dönəcək... ömrümə nur yağacaq,
    Aramızdan ayrılıqlar itəcək,
    Səbr et, könlüm, bu qış bir gün bitəçək!

    noimage
    Alıntı şer..
#09.09.2011 00:37 0 0 0