Eşq

Son güncelleme: 09.09.2011 00:48
  • Eşq - İslamda eşq - Dini yazılar

    1291. Eşqin pislənilməsi.
    4270. İmam Əli (ə): «Hicran eşqin cəfasıdır» (Biharul-Ənvar, c.78 səh.11, hədis 70)

    4271. İmam Əli (ə): «Hər kim nəyə aşiq olarsa, həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür.» (Nəhcül-Bəlağə, xütbə109)

    4272. İmam Sadiq (ə)(Eşq barədə suala cavabından):«Qəlblər Allahı yad etməkdən boşalar və Allah özündən qeyrisinin məhəbbətini onlara dadızdırar.» (Əmali-Səduq, səh.531, hədis3)


    1292. Pak eşqin mükafatı.
    4273. Allahın Peyğəmbəri (s): «Hər kim aşiq olsa, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhiddir.» (Kənzul-Ummal, hədis 7000)

    4274. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olanın əcri, günah etməyə imkanı olduğu halda, iffətli olanın əcrindən çox deyil.» (Nəhcül-Bəlağə, xütbə109)


    1293. Allah eşqi.
    4275. Allahın Peyğəmbəri (s): «Allah buyurur: «Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini məni xatırlamaqda qərar verərəm.
    İstək və ləzzətini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram.
    Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm.
    Belə ki, camaat səhv edəndə, o, səhvə yol verməz.» (Kənzul-Ummal, hədis 1872)

    alıntı..
#09.09.2011 00:48 0 0 0