Həddlər

Son güncelleme: 09.09.2011 01:16
  • İslami yazılar - Həddlər

    470. Hər şeyin həddi var
    1439. İmam Baqir (ə): «Allah-taala hər şeyə bir hədd və sərhədd, sərhəddi göstərmək üçün isə bir nişanə qoymuşdur. Bu həddi (sərhəddi) keçən şəxs üçün cəza (hədd) təyin etmişdir.» (əl-Kafi, c.1, səh.59, hədis2)

    471. Hüdud və cəzaların uzaqlaşdırılması
    1440. Allahın peyğəmbəri (s): «Bacardığınız qədər hədd və cəza tətbiqini müsəlmanlardan uzaqlaşdırın. Əgər müsəlman üçün bir çıxış və sığınacaq yeri tapsanız, onu azad buraxın. Çünki, imamın bağışlamaqda səhvə yol verməsi, səhvən cəzalandırmağından daha yaxşıdır» (Kənzul-Ummal, hədis 12971)

    1441. Allahın Peyğəmbəri (s): «Cəzaları şübhələrlə uzaqlaşdırın.» (yəni, şəxsin cinayətkar olmasında tərəddüd, şübhə yarandıqda cəzanı (həddi) icra etməkdən çəkinin.)» (Mən lə yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146)


    472. Cəzaların icra olunması
    1442. Allahın Peyğəmbəri (s): «İlahi cəzalardan birini (bir həddi) icra etmək, ilahi məmləkətlərə 40 gecə yağış yağmasından daha yaxşıdır.» (Kənzul-Ummal, hədis 14599)

    1443. Allahın Peyğəmbəri (s): «Yer üzündə bir (ilahi) cəzanın həyata keçirilməsi 60 il ibadətdən daha pakdır.» (Mustədrəkul-Vəsail, c.18, səh.9, hədis21843)

    1444. İmam Sadiq (s): «Öz tayfa və qəbiləsinin adlı-sanlı nəslindən olan bir qadını oğurluq etdiyinə görə Peyğəmbərin yanına gətirdilər. Allahın Peyğəmbəri (s) əmr verdi ki, onun əlini kəssinlən.
    Qureyşdən bir dəstə adam Peyğəmbərin yanına gəlib ərz etdi: «Ey Allahın Rəsulu! Kiçik bir xətaya görə, onun kimi böyük nəsildən olan bir qadının əlini kəsirsən?»
    Buyurdu: «Bəli. Sizin ata-babalarınız belə işlərə görə məhv oldular. Onlar cəzanı və hüdudu yalnız çarəsizlərə qarşı tətbiq edirdilər.
    Öz güclüləri və kübarlarıyla heç bir işləri yox idi. Buna görə də, məhv oldular.» (Mustədrəkul-Vəsail, səh.7, hədis21834)



    473. Cəzada nə vasitəçilik, nə zəmanət (Zəmanət - yəni, cəzalandırılmış şəxs üçün zamin durmaq), nə də and qəbul olunar
    1445. Allahın Peyğəmbəri (s): «Öz vasitəçiliyi ilə ilahi cəzanın icra olunmasına mane olan kəs, vasitəçiliyini geri götürənə qədər həmişə Allahın qəzəbi altında olacaq.» (Kənzul-Ummal, hədis 43837)

    1446. Allahın Peyğəmbəri (s): «Cəzalandırmada (həddə) nə vasitəçilik, nə zəmanət və nə də, and qəbul olunur.» (Mən la yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146)

    1447. İmam Əli (ə): «Cəzanın heç bir növündə zəmanət yoxdur.» (Mustədrihul-Vəsail, c.13, səh.439, hədis15846)

    1448. «Müstədrəkül-vəsail»: «İmam Sadiq (ə) atasından, ata-babasından, Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət cəzalandırmada (hüdudda) şəfaləti qadağan etmişdir.
    İmam (ə) buyurur: «Hər kəs ilahi cəzalardan birinin icra olunmaması üçün vasitəçilik etsə və cəzaların ləğv olunmasına çalışsa, Allah-taala Qiyamət günü ona əzab verər.» (Mustədrəkul-Vəsail, c.8, səh.24, hədis21901)


    474. Cəzanın təxirə salmağın qadağan olması
    1449. İmam Baqir (ə): «Bir kişinin zina etdiyi barədə üç nəfər şəhadət verdi.
    Əmirəl-möminin (ə) buyurdu:«Dördüncü şahid haradadır?»
    Dedilər: «İndi gəlir» Həzrət (ə) buyurdu: «Bu üç nəfərə hədd vurun (cəzalandırın). Çünki, cəza bir an da olsun, təxirə salınmamalıdır.» (əl-Kafi, c.7, səh.210, hədis4)


    475. Həddi aşmağın qadağan olması
    Qur'an:
    «Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarından kənara çıxanlar, Əlbəttə, zalımlardır.» (Bəqərə, ayə 229)

    Hədis:
    1450. Allahın Peyğəmbəri (s): «(Qiyamət günü) Hökmündə bir şallaq az cəza (hədd) təyin edən hakimi gətirərlər. O deyər: «Ey Allahım! Sənin bəndələrinə ürəyim yandığı üçün belə etmişəm».
    Allah-taala ona buyurar: «Məgər sən onlara Məndən daha ürəyi yanansan?»
    Bu vaxt əmr verilər ki, onu oda atsınlar. Sonra bir şallaq çox vuranı gətirərlər.
    O da deyər: «Onları günahlardan çəkindirmək üçün bir şallaq çox vurmuşam. Onun da oda atılmasına əmr verilər.» (Mustədrəkul-Vəsail, c.8, səh.37, hədis21948)

    1451. İmam Baqir (ə): «Əmirəl-möminin (ə) Qəmbərə əmr etdi ki, bir kişiyə şallaq (həddə) vursun.
    Qəmbər əsəbindən üç şallaq çox vurur. Əli (ə) Qəmbərə üç şallaq vurmaqla onu qisas edir.» (əl-Kafi, c.7, səh.260, hədis1)



    476. Günahın paklanmasında cəzanın icrasının rolu
    1452. Allahın Peyğəmbəri (s): «Günah edən şəxsə, həmin günahın cəzası tətbiq olunarsa, bu onun kəffarəsidir.» (Kənzul-Ummal, hədis 12964)

    1453. İmam Əli (ə): «Allah-taala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür.» (Tuhəful-Uqul, səh.214)


    477. Cəzalandırılmış şəxsi təhqir etməyin qadağan olması
    1454. «Tənbihul-xəvatir»: «Allahın Peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi.»
    Bir nəfər öz dostuna dedi: «O, it kimi öldü.» Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu: «Dişlərinizlə bu leşdən bir tikə qoparın.» Ərz etdilər: «Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?»
    Buyurdu: «Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir» (Tənbihul-Xəvatir, c.1, səh.116)

    1455. Əbdürrəhman ibn Əbi Leyla: «Əli (ə) bir kişiyə cəza (hədd) tətbiq etdi. Xalq həmin şəxsə təhqiramiz sözlər deyib Lənətləməyə başladı.
    Əli (ə) buyurdu: «O, öz günahına görə daha sorğu-sual olunmayacaq.» (Kənzul-Ummal, hədis 14002)



    478. Cəzalandırılmış (şallaq vurulmuş) şəxs üçüncü dəfə qətlə yetirilməlidir
    1456. İmam Kazim (ə): «Böyük günah etdiklərinə görə iki dəfə cəzalandırılmış (şallaq vurulmuş) şəxslər üçüncü dəfə öldürülməlidir» (əl-Kafi, c.7, səh.191, hədis2)

    479. Təzir (Təzir - cəzanın bir növüdür. Təzirdə tərbiyələndirmək məqsədi ilə şallaq vurular.)

    1457. Həmmad ibn Osman: «İmam Sadiqdən (ə) təzir barədə soruşdum.
    Buyurdu: «Həddən bir qədər azdır.» Ərz etdim: «Səksən şallaqdan azdır?» Buyurdu: «Qulun cəzası (hədd) olan qırx şallaqdan azdır.» Ərz etdim:«Nə qədərdir?»
    Buyurdu: «O hakimin nəzərindən asılıdır, şəxsin təqsirini (cinayəti) və bədəninin qüdrətini nəzərə almalıdır.» (İləluş-Şəraye, səh.538, hədis4)

    1458. İmam Sadiq (ə) -»Təzirin həddi nə qədərdir?» sualının cavabında- «On şallaqdan, iyirmi şallağa qədər.» (əl-Kafi, c.7, səh.240, hədis1)
#09.09.2011 01:16 0 0 0
  • Həddlər Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.