Kəpəkli çörək daha faydalıdır

Son güncelleme: 09.09.2011 02:48
  • Sağlıq - Kəpəkli çörək - Kəpəkli çörək haqqında - Kəpəkli çörəkin faydası


    noimage

    Müxtəlif növ undan bişirilən çörəklər orqanizmimiz üçün çox faydalıdır.

    Nə yesək də, çörəyi əvəz etmir. Müxtəlif növ undan bişirilən çörəklər orqanizmimiz üçün çox faydalıdır. Lakin ağ unu əldə edərkən taxılın içindəki sağlamlıq üçün lazım olan bəzi maddələr məhv olur. Belə ki, ağ unu əldə edərkən taxıldakı vitaminlərin 5, liflərin isə 20 %-i qalır. Saflaşdırılmış un bədənin ağırlaşmasını, xəstəliklərə yoluxma ehtimalını artırır. Ona görə də çörəyi tam taxıllı undan, daha doğrusu, nişastası və içərisindəki orqanizm üçün faydalı olan maddələri məhv edilməmiş undan bişirmək məsləhətdir. Unun tərkibindən çox şey asılı olduğu kimi, yoğurulmasından və bişirilməsindən də çox şey asılıdır. Belə ki, tam bişməmiş çörək orqanizm üçün təhlükəlidir. Araşdırmalar göstərir ki, tərkibində bütün elementləri saxlanılan 100 qram buğda çörəyində 7,2 milliqram kəpək, 69,4 milliqram maqnezium, 78,2 milliqram fosfor var.

    Kəpəkli undan hazırlanan çörək xolesterolun nizamlanmasında da mühüm rol oynayır, eyni zamanda bağırsaq və xərçəng xəstəliklərinin qarşısını almaq xüsusiyyətinə də malikdir.

    Alıntı..
#09.09.2011 02:48 0 0 0