2020-ci ilə hazırlıqla bağlı Təşkilat Komitəsi yaradıldı - SİYAHI

Son güncelleme: 10.09.2011 00:34
  • noimage

    Prezident Azərbaycanın 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi ilə bağlı sərəncam imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

    Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə sərəncamda aşağıdakılar qərara alınıb:

    1. Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri

    Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

    Təşkilat Komitəsinin üzvləri


    Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
    Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
    Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
    Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
    Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
    Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
    Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
    Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
    Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
    Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
    Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
    İlqar Rəhimov - Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
    Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
    Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
    Fərid Mansurov - Olimpiya çempionu
    Namiq Abdullayev - Olimpiya çempionu
    Zemfira Meftəhətdinova - Olimpiya çempionu
    Elnur Məmmədli - Olimpiya çempionu

    Sərəncamda Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək tapşırılıb.

    Sənəddə Gənclər və İdman Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılır ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlasın.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qaynaq:Lent.az
#10.09.2011 00:34 0 0 0