Küncə çəkilmək

Son güncelleme:
  • Küncə çəkilmək yazısı - Dini yazılar

    noimage

    1281. Küncə çəkilməyin qiyməti.
    4238. «əl-Kafi»: Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: «Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.» (əl-Kafi, c.8, səh.42, hədis 8)

    4239. Allahın Peyğəmbəri (s): «Küncə çəkilmək ibadətdir.» (Əlamuddin, səh.341)

    4240. İmam Əli (ə): «Tənhalıq ibadət əhlinin asayişdir.» (Ğurərul-Hikəm, hədis 661)

    4241. İmam Əli (ə): «Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.» (Ğurərul-Hikəm, hədis 8644)

    4242. İmam Əli (ə): «Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.» (Ğurərul-Hikəm, hədis 8151)


    1282 Guşənişinliyə səbəb olanlar.
    4243. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular.
    O Həzrət buyurdu: «Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.» (Biharul-Ənvar, c.47, səh.60, hədis 116)

    4244. İmam Əskəri (ə): «Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.» (Biharul-Ənvar, c.70, səh.111, hədis 14)


    1283. Küncə çəkilməməli olan kimsələr.
    4245. Allahın Peyğəmbəri (s): «Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.» (Kənzul-Ummal, səh.686)

    4246. Allahın Peyğəmbəri (s) (İbadət üçün dağa getmək istəyən kişiyə xitabən): «Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.» (-d-Durrul-Mənsur, c.1, səh.161

    noimage
0 0 0