Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!

Son güncelleme:
  • Gündelik sözler - Atalar sözleri

    Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

    * * *

    Çox bilirsən, az danış.

    * * *

    Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.

    * * *

    Ağıl başda olar, yaşda olmaz.

    * * *

    Dost yaman gündə tanınar.

    * * *

    Zəhmət-torpaqda , nemət-süfrədə.

    * * *

    İş insanın cövhəridir.

    * * *

    Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

    * * *

    Tənbələ dedilər dur qapını ört,dedi külək örtər.və.s........

    Amma indi gəlin aşağıdakı atalar sözlərini diqqətlə oxuyaq.

    Başını keçəl eləmə,

    Hər keçəlin taleyi bir olmaz.

    * * *

    Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı

    * * *

    Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.

    * * *

    Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.

    * * *

    Ağlı olan məscidə getməz.

    * * *

    Molla aşı gördü, yasini yadından çıxartdı.

    * * *

    Molla tuluq zurnasıdır, qarnı dolmasa səsi çıxmaz.

    * * *

    Qonşu qonşu olsa, kor qız ərə gedər...
    Sonda ən çox bəyəndiyim bir atalar sözünü sizlərnən bölüşmək istədim.

    * * *

    Bülbülü saldılar qəfəsə dedi:

    "Ay vətən, ay vətən",

    buraxdılar, qondu tikan koluna, dedi:

    " Can vətən, can vətən"

    * * *
0 0 0