Şadlıq

Son güncelleme: 16.09.2011 09:10
  • Şadlıq yazısı - Dini yazılar

    noimage

    924. Şadlanmağa layiq olan şey
    2978. İmam Əli (ə) (Abdullah ibn Abbasa xitabən): «Allahı tərif etdikdən sonra bə'zən insan hər bir halda onun əlinə çatacaq bir şeyi qazananda sevinir. Bə'zən də, heç vaxt ona çata bilmədiyi bir şeyi əldə etməyəndə qüssələnir.
    Beləliklə, sən axirət işlərindən birinə çatanda sevin və onun işlərindən birini əldən verən zaman qüssələn.»
    İbn Abbas deyərdi ki, Allahın Rəsulunun (s) sözündən sonra, bu söz qədər heç bir sözdən faydalanmadım.» (Şərhe Nəhcül-Bəlağə, c.15,səh. 140)

    925. Şadlığın amilləri
    2979. İmam Əli (ə): «Şadlığa yumşaq xasiyyətdən başqa heç bir şeylə kömək etmək olmaz.» (Mətalibus-Suul,səh. 50)

    2980. İmam Əli (ə): «Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir.» (Biharul-Ənvar, c.78,səh. 7 , hədis 59)

    926. Kim bir qəlbi sevindirərsə
    2981. Allahın Peyğəmbəri (s): «Cənnətdə darul-fərəh (yə'ni şadlıq sayarı) adlanan saray var. Oraya yalnız möminlərin yetimlərini sevindirənlər daxil olacaq.» (Kənzul-Ummal, hədis 6008)

    2982. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Cənnətdə «darul-fərəh» adlı bir saray var ki, oraya yalnız uşaqları sevindirənlər daxil olar.» (Kənzul-Ummal, hədis 6009)

    2983. İmam Əli (ə): «And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah-taala o şadlıqdan bir lütf yaratmasın.
    Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar.» (Nəhcül-Bəlağə, hikmət 257)

    2984. İmam Sadiq (ə): «Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir.» (əl-Kafi, c.2,səh. 189 , hədis 6)


    *************************

    927. Mömini sevindirən, Allahı sevindirmişdir
    2985. Allahın Peyğəmbəri (s): «Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir.» (əl-Kafi, c.2, səh.188 , hədis 1)

    928. Möminin qəlbindən qəmi aparmağın savabı
    2986. İmam Sadiq (ə): «Kim möminin qəmini aparsa, Allah-taala axirət qəmlərini ondan uzaqlaşdırar və qəbirdən rahat qəlblə qaldırar.» (əl-Kafi, c.2,səh. 199 , hədis 3)

    2987. İmam Sadiq (ə): «Allah-taala mömini qəbrdən çıxaranda, onunla bir surət də çıxar və möminin qabağınca gedər.
    Mömin Qiyamət gününün qorxulu səhnələrindən birini görəndə, həmin surət deyər: «qorxma və kədərlənmə.»
    Mömin ona deyər: «Sən kimsən?» Surət deyər:«Mən mömin qardaşına çatdırdığın həmin şadlıq və sevincəm.» (əl-Kafi, c.2,səh. 190 , hədis 8)

    2988. İmam Rza (ə): «Kim möminin işinin düyününü açsa, Qiyamət günü Allah-taala onun qəlbinin düyününü açar.» (əl-Kafi, c.2,səh.200 , hədis 4)


    noimage
#16.09.2011 09:03 0 0 0
  • 3. olarak ilk yazan bennim :D ellerine sağlık ;)
#16.09.2011 09:10 0 0 0