Temperatur 32 dərəcəyə qalxacaq

Son güncelleme: 16.09.2011 23:06
  • noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 17-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

    Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

    Qaynaq:Lent.az
#16.09.2011 22:35 0 0 0
  • paylaşım için saol cnm
#16.09.2011 23:06 0 0 0