Vaqif Gərayzadənin tələbəsi - Buna mənəvi haqqım yoxdur! - FOTO

Son güncelleme: 20.09.2011 06:55
  • noimage

    "Məqsədim sənəti ucuzlaşdırmaq yox, əksinə daha da ucalara yüksəltmək, musiqimizi dünyada tanıtmaq və əsl sənət nümayiş etdirməkdir".
    "Mən musiqiçi ailəsində böyümüşəm. Nəslim musiqiçi nəslidir, babalarım adlı-sanlı musiqiçilər olub. Musiqini dəyərsiz edənlərdən ola bilmərəm. Buna mənəvi haqqım yoxdur!". Şou-biznesin içində ola-ola şou-biznesdən uzaq qalmağı bacaran gənc müğənni Aynur İsgəndərli Anspress-ə müsahibəsində belə deyib.

    Vaqif Gərayzadənin tələbəsi, "Aypara" ansamblının solisti Aynur İsgəndərli hal-hazırda özünün solo-albomu üzərində işləyir. Sonuncu yazdırdığı mahnı Fikrət Əmirovun "Səni araram" əsəridir.

    Əsasən klassik musiqilərə üstünlük verən beynəlxalq müsabiqələr laureatı bəzi həmkarlarından fərqli olaraq sənəti ucuzlaşdırmaq istəmədiyini söyləyir: "Məqsədim sənəti ucuzlaşdırmaq yox, əksinə daha da ucalara yüksəltmək, musiqimizi dünyada tanıtmaq və əsl sənət nümayiş etdirməkdir".

    Qeyd edək ki, Aynur İsgəndərli musiqiçilər ailəsində dünyaya gəlib. Atası Akif İsgəndərli Azərbaycanın tanınmış piano ifaçılarındandır. Hələ məktəb yaşlarında ikən Vaqif Gərayzadənin "Şərq ulduzları" uşaq vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış edib. 2004-cü ildə "Azəri star" tele-layihəsinin üçüncüsü olub. İlk albomu 2004-cü ildə işıq üzü görüb.

    2005-ci ildə Şanxayda kecirilən 8-ci Beynəlxalq Asiya Festevalında "Gələcəyin ən perspektivli müğənnisi" nominasiyasına layiq görülüb. 2010 -cu ildə Latviyanın paytaxtı Riqada kecirilən "Atlantic breeze" yarışmasında "Best Vocal" (Ən güclü səs) və "Asiyanın səsi2 nominasiyalarını qazanıb.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, solo-oxu fakültəsinin məzunudur. Hal hazırda ali təhsilini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsində davam etdirir.

    Milli.Az

    noimage

    noimage

    noimage

    noimage
#20.09.2011 06:55 0 0 0