Subay azərbaycanlı aparıcı gəlinlik donu niyə geyindi? - FOTOSESSİYA

Son güncelleme: 08.10.2011 11:46
  • noimage

    ANS telekanalında yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova maraqlı fotosessiya çəkdirib. Milli.Az xəbər portalının məlumatına görə, aparıcı ağ gəlinlik geyinib.

    Bizə açıqlama verən Elnarənin sözlərinə görə, o da bütün subay qızlar kimi gəlinlik geyinmək arzusundadır: "İndi yalandan deməyəcəm ki, ailə qurmaq istəmirəm. Mən də hər bir normal gənc xanım kimi istəyirəm ki, ailəm olsun. Özü də ən gözəl gəlinliyi istəyirəm. Ən yaxşı və ən gözəl gəlinlik arzusundayam. Sadəcə, hər şeyin öz vaxtı var. İnşallah, mənim də toyum olacaq".

    Qeyd edək ki, aparıcının stili üzərində Samir Əliyev çalışıb.

    Mələk

    noimage

    noimage
#08.10.2011 11:46 0 0 0