Duzlu kələm sudak balığı - Metbex

Son güncelleme: 11.10.2011 08:56
  • noimage

    4 porsiya üçün:
    Bulyon - 400 qram
    Kartof - 250 qram
    Duzlu kələm - 500 qram
    Kişmiş - 1 xörək qaşığı
    Mərzə - 1/2 çay qaşığı
    Un - 1 xörək qaşığı
    İstiot - Zövgə uyğun
    Bitki yağı - 2 xörək qaşığı
    Baş soğan - 1 ədəd
    Balıq filesi - 4 ədəd sydk balığının filesi
    Duz - Zövgə uyğun
    Alma - 1 ədəd

    1. Turşu kələm yuyulur, suyu süzülür. Kartof təmizlənir, kub şəklində doğranır. Söğan təmizlənir, doğranır və 1 xörək qaşığı yağda qızardılır. Kartof əlavə edilir və çəhrayı rəngə çalana qədər qızadılır. Bulyon əlavə edilir , üstünə qapaq qoyulur və 10 dəqiqə pörtlədilir.
    2. Balıq filesi çox da böyük olmayan dilimlərə bölünür. Tavada 1 xörək qaşığı yağ qızdırılır və filenin hər tərəfi 5 dəqiqə qızardılır, duzlanır və istiotlanır.
    3. Kələmə kartof əlavə edilr. Un səpilir, qarışdırılır və 1 dəqiqə qaynadılır. Kişmiş vurulur, alma iri dişli sürtkəcdən keçirilir və tərəvəzlərə əlavə edilir. Duzlanir istiotlanır və mayoran vurulur. Balıqla birlikdə boşqaba qoyularaq süfrəyə verilir.
#11.10.2011 08:56 0 0 0