Qlamur Yəhyayeva Tıq-tıq xanım sadəcə Sevda

Son güncelleme: 11.10.2011 16:20
  • noimage

    Bu barədə Lent.az-a sözügedən mahnını ekranlaşdıran Nail Naiboğlu məlumat verib.

    Rejissor bildirib ki, klip pavilyonda çəkilib. Müğənni 3 obrazda tamaşaçı qarşısında görünəcək: "Sevda burada 3 obrazda görünəcək. Bunlardan biri klipə uyğun olaraq "Tıq-tıq" xanım obrazıdır, digəri "Qlamur müğənni" Sevda Yahyayeva, üçüncüsü isə adi həyatdakı Sevdadır".

    Çəkilişdə Azərbaycan Dövlət Kukla teatrının səhnəsində oynayan personajlar rol alıb. Teatrın aktyoru Rəhim Rəhimov Sevda Yahyayevanın tərəf müqabili olub.

    Müğənninin imici üzərində stilist Elnur Həsənov çalışıb.

    Lalə Yusifqızı
#11.10.2011 16:20 0 0 0