Ebru Gündəş və Rza Zərrab Türkiyədə at yarışının qalibi olmaq istəyirlər

Son güncelleme: 14.10.2011 19:02
  • noimage

    Hər birinə 350 min avro ödədikləri 2 at bu həftə Türkiyə Prezidenti Kubokunda iştirak edəcək

    Türkiyənin məşhur müğənnisi Ebru Gündəş və Azərbaycan əsilli həyat yoldaşı Rza Zərraba məxsus 2 at bu həftə Türkiyə Prezidenti Kubokunda iştirak edəcək. Lent.az-ın "Takvim" qəzetinə istinadən verdiyi məlumata görə, Adanada Atlı İdman Klubunda keçiriləcək yarışa 100 at çıxarılacaq.


    Bu yarışın favoriti isə məhz Ebru Gündəşlə Rza Zərraba məxsus olan "Storm" və "Collecto" adlı atlardır. Bu atların hər birinin dəyəri 350 min avrodur. Bu qiymətli atlar məşhur jokey Ömər Karaevlinin müşayiəti ilə məşqlərə başlayıb. Ömər Karaevli hər iki atın formada olduğunu söyləyib. Onun sözlərinə görə, "Collecto" az əvvəl baş nazirin adına təşkil olunan yarışda birinci yeri tutub, "Strom" isə həmin yarışda üçüncü yerin sahibi olub.


    Ebru Gündəş də atlarla yaxından maraqlanır. Müğənni yarışdan əvvəl telefonla əlaqə saxlayıb jokeydən adların vəziyyəti ilə bağlı məlumat alır. Ömər Karaevli deyib ki, arzuları Ebru Gündəşə doğuşdan əvvəl atların qazanacaqları kubokları hədiyyə etməkdir.

    Lent.az
#14.10.2011 19:02 0 0 0