Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Səfəralı Məmmədov

Son güncelleme: 17.10.2011 00:01
  • noimage

    Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

    Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir

    Qəhrəmanlar unudulmur!

    Səfəralı Qurban oğlu Məmmədov 1963-cü il oktyabrın 16-da Masallı rayonu Sərçuvar kəndində anadan olub. O, polis (milis) leytenantı kimi 1990-cı ildə könüllü olaraq cəbhə bölgəsinə - Ağdam istiqamətinə gedib, vzvod komandiri təyin olunub, Fərrux, Ağbulaq, Qarakənd ərazilərində uğurlu əməliyyatlar keçirib, düşmənin çox sayda yaraqlısını əsir götürüb. 1992-ci il fevralın 16-da Qaradağlı kəndinin müdafiəsində qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adı alıb. Masallı rayonu Sərçuvar kəndində dəfn edilib. Masallı şəhərində küçələrdən biri və oxuduğu məktəb onun adını daşıyır.

    Qaynaq:Lent.az
#17.10.2011 00:01 0 0 0