Azərbaycanlı gənc musiqiçinin ölümündən bir il ötür

Son güncelleme: 17.10.2011 20:46
  • noimage

    Düz bir il öncə Azərbaycanda yetərincə tanınmış "Klan a Plan" rep qrupunun üzvü, vokalisti və bəstəkarı, Ryder təxəllüsü altında çalışan Rüfət Əfəndiyev 26 yaşında dünyasını dəyişib.


    2005-ci ildən "Klan a Plan" qrupunun üzvü olan Rüfət gənc və populyar müğənnilərə də mahnılar yazırdı. Bu gün onun yaxınları, əzizləri, dostları Rüfətin xatirəsini anır və bu olayla hələ də barışa bilmir.

    Ryder heç zaman unudulmayacaq. Ruhun şad olsun!

    Lalə Yusifqızı
#17.10.2011 20:46 0 0 0