Məşhur rus və sovet aktyoru, RSFSR-in xalq artisti Valentin Qaft ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın Rusiyanın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Qaftı kəskin ürək ağrıları ilə Sklifosovski institutunun reanimasiya şöbəsinə aparıblar.
Mənbə bildirib ki, aktyorda infarktdan sonrakı vəziyyət müşahidə edilib. Onun teatrdakı tamaşaları təxirə salınıb.
Valentin Qaft 1935-ci ildə Moskvada anadan olub. Hələ uşaqlıqdan aktyor olmağa qərar verib. 1969-cu ildə Oleq Yefremovun dəvəti ilə "Sovremennik" teatrına gəlib və bu günə qədər də həmin teatrda işləyir.
Kinoda uzun müddət epizodik rollarda oynayan Qaft Eldar Ryazanovun çəkdiyi "Qaraj" filmindən sonra məşhurlaşıb.