Dünən "Şipşirin" ləqəbli müğənni Elçin Cəfərov doğum gününü müğənni dostlarının və mətbuatın əhatəsində qeyd edib.
Lent.az- ın məlumatına görə, müğənni həmin gün yeni albomunun və klipinin də təqdimatını edib. Doğum günü mərasimində müğənni Rəqsanə, Zamiq, Natəvan Həbibi, Samira, Azad Şabanov, "Qala" qrupu və digər sənət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, müğənninin doğum günündə təqdim etdiyi hədiyyəni teleaparıcılar Azər və Vüsalə müğənniyə hədiyyə ediblər. Jurnalistlər çəkilən klipi bəyənməsələr də Elçin belə cavab verdi: "Bəy verən atın dişinə baxmazlar".
Klip Gürcüstanda çəkilib. Bu gün müğənninin 27 yaşı tamam olub: "Məndən bir neçə il öncə yaşımı soruşanda çaşıb 18 yaş demişdim. Çünki həmişə mənə az yaş verirlər. Amma bu gün ürək açıqlığı ilə deyirəm ki, 27 yaşım oldu".
Müğənni doğum günündə özünə "Hummer" markalı maşın hədiyyə edib: "Özümə söz vermişdim ki, doğum günümdə maşın hədiyyə edəcəm. Elə oldu ki, hədiyyə qapıma gəldi. Özümə bapbalaca hədiyyə etdim. Əsas odu ki, ürəyimcə oldu"