Kamil iman sahiblərinin gözəl həyatı

Son güncelleme: 19.10.2011 23:48
  • Dini yazılar

    Möminlər iman edər və sonra da imanlarında qətiyyət göstərərlər.
    Onlar Rəbbimizdən gələn hər şeydə xeyir olduğunu bilər, hər zaman şükür edər və ONA qəlbən təslim olarlar.Onlar Allah Qatında təqva sahibləridir.

    Allah onları səmimiyyətlərinə görə həm dünyada, həm də axirətdə mükafatlandıracağını vəd etmişdir. Allah onları rəhməti ilə əhatə etmiş, onlardan razı qalmış və onlara sevgisini və məmnuniyyətini yönəltmişdir.

    Onlar dünyaya ehtirasla bağlanmaz, Allahın rizasını və cənnətini qazanmaq üçün axirətə yönələrlər. Allah onlara dərin təslimiyyətlərinə görə cənnətlə bərabər, dünya həyatının nemətlərini də verəcəyini bildirir:

    Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)
    Onlar dünyada qarşılaşdıqları bütün çətinliklərə səbr edər və nə olursa-olsun, Allahdan başqa dostları, köməkçiləri və vəliləri olmadığını unutmazlar.

    Onlar ancaq ONA sığınıb, ancaq Ondan kömək diləyərlər.
    Rəbbimiz olan Allah onları rəhmətilə əhatə edər və onların qoruyar. Hər hadisəni onların lehinə çevirər və onların yollarını açar, onlara asanlıq diləyər. Allahı özlərinə dost etdikləri üçün Allah onları mütləq qalib edər, onlara zəfər verər və onları dünyanın və cənnətin varisləri edər:

    Musa öz qövmünə dedi: "Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir". (Əraf surəsi, 128)
#19.10.2011 23:48 0 0 0