Keçmiş sevgilisindən müğənnimizə övlad sürprizi - QALMAQAL

Son güncelleme: 26.10.2011 21:22
  • noimage

    "Lazım gəlsə, DNT testi verməyə hazıram, o mənim qızım deyil!"


    Ötən il və bu il "Eurovision" Mahnı Müsabiqəsinin milli seçimlərində namizəd olan müğənni Adil Baxışlı qalmaqallı hadisə ilə gündəmə gəlib. Müğənninin dörd il bundan öncə sevgi münasibətində olduğu Sara adlı qız mətbuata çıxıb və Adil Baxışlıdan bir qızı olduğunu deyib.

    Adil Baxışlı Lent.az-a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib: "Əvvəla, bu söhbət dörd il bundan əvvəl olub, indi mənim 22 yaşım var, biz isə 18 yaşında bir-birimizi sevmişik. 4 ay münasibətimiz olub, hələ o vaxt məndən övlad sahibi olmaq istədiyini demişdi. Mən isə belə bir məsuliyyəti öhdəmə götürməyəcəyimi əvvəldən demişdim. Daha sonra biz ayrıldıq, mən musiqi karyerama başladım. İndi isə mənə zəng vurub hədələyir ki, sən daha da populyarlaşdıqca bu söhbətlə gözdən salacam. Əvvəla, özünə də demişəm, istənilən vaxt DNT testi verməyə hazıram. Əminəm ki, o uşağın atası mən deyiləm. İkincisi də ki, uşağın yaşı ilə maraqlanmışam və bu uşaq bizim münasibətimiz bitəndən çox sonra doğulub".

    Adil Baxışlı belə hadisələrlə gündəmə gəlmək istəmədiyini deyib: "Səhər açılandan jurnalistlər mənə zəng vurur. Mən istəmirəm ki, belə xəbərlərlə diqqəti çəkim, məni axtarsınlar. Sizin vasitənizlə birdəfəlik cavab vermək istəyirəm. Allaha şükür ki, valideynlərim müvəqqəti olaraq burda yoxdur... Onlar Türkiyədə yaşadıqları üçün Bakıya gec-gec gəlib-gedirlər. Ümid edirəm ki, onlar gələnədək bu xoşagəlməz xəbər unudular".

    Lalə Yusifqızı
#26.10.2011 21:22 0 0 0